Yan 01, 2021 10:12 Asia/Baku
  • İsveçdə yaşayan İranlıların Könüllər Sədarına sevgiləri

İranın İsveçdəki səfiri İsveçdə yaşayan iranlıların şəhid Süleymaniyə hörmət etdiklərini bildirib.

SəhərAzəri xəbər verir, İranın İsveçdəki səfiri Əhməd Məsumifər Twitter səhifəsində İsveçdə yaşayan İranlıların şəhid General Süleymaniyə hörmət etdiklərinin görüntülərini dərc edərək yazıb: Bu gün İsveçdə yaşayan bir neçə İranlı şəhid General Süleymaniyə hörmət və ehtiram göstərmək üçün gözəl bir hərəkət ediblər və Ürəklərin Generalına məhəbbətlərini belə göstəriblər.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.

Teqlər