Yan 01, 2021 15:24 Asia/Baku
  • Müqəddəs Kərbəlada şəhidlər Soleymani və Əlmuhəndisin anım mərasimi keçirilib

İranın müqəddəs Kərbəla şəhərindəki konsulluğunda general Qasem Soleymani və Əbu-Məhdi Əlmuhəndisin şəhadətlərinin birinci ildönümü mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, Kərbəla vilayətinin köçəri tayfalarının şeyxləri, yerli məsul şəxslər, həmçinin dini və siyasi şəxsiyyətlərdən bir qrupunun iştirakı ilə keçirilən bu mərasimdə İranın İraqdakı səfiri İrəc Məscedi deyibdir ki, müqavimət komandanlarının qanı heç vaxt hədər getməyəcək və onların intiqamı alınacaqdır.

Mərasim iştirakçıları şəhidlər Soleymani və Əlmuhəndisin yolunun davam etdirilməsinə,/ onların terror edilmələrinə əmr verənlərin və onu icra edənlərin cəzalandırılmalarına/ və Amerika hərbçilərinin İraqdan və regiondan qovulmalarına/ təkid ediblər.

İraqın müxtəlif şəhərləri bir həftə bundan öncədən zəfər komandanlarının şəhadətlərinin birinci ildönümünü qeyd etmək üzrə müxtəlif mərasim və konfransların keçirilməsinin şahididirlər.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.

Image Caption

 

Teqlər