İİR Ordusunun Quru Qoşunlarının «Qüdrət-99» təlimləri başlanıb
Məkran sahillərində İran İslam Respublikasının Ordusunun Quru Qoşunlarının «Qüdrət-99» təlimləri başlanıb.
SəhərAzəri xəbər verir, bu hərbi təlimlər bu gün Məkran sahillərində hava-desant, xüsusi qüvvələr və sürətli reaksiya diviziyalarının iştirakı və aviasiya qüvvələrinin dəstəyilə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Aviasiya Təşkilatı səviyyəsində başlanıb.
Bu hərbi təlimlər İran İslam Respublikası Ordusunun Quru Qoşunları bölmələrinin müəyyən edilmiş planlara əsasən, ölkə məntəqələrindən tapşırıq məntəqələrinə yerdəyişmə planının icrası və təhdidlərlə mübarizə istiqamətində bölmələrin döyüş hazırlığı səviyyəsini dəyərləndirmək məqsədilə başlanıb. Təlimlər boyu ordunun quru qoşunlarının peşəkar diviziyalarının çoxtərəfli bacarıqlarının dəyərləndirilməsi məqsədilə yerli yaradıcı taktika növləri həyata keçiriləcək.
Bundan öncə Məkran sahillərində və Hind Okeanının şimalında İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının «Dəniz Qüdrəti-99» hərbi təlimləri keçirilmişdi.