Yan 20, 2021 13:10 Asia/Baku
  • İİR Ordusunun Quru Qoşunlarının hərbi təlimləri uğurla davam edir

İran İslam Respublikası Ordusunun hücum vertolyotları ilk dəfə olaraq gecə vaxtı dəniz sahillərində atəşaçma və hava hücumu əməliyyatını uğurla həyata keçiriblər

SəhərAzəri 

Son zamanlar «gecə vaxtı uçuş» sistemilə təchiz edilib, silahlandırılmış hücum vertolyotları ordunun quru qoşunlarının «Qüdrət-99» hərbi təlimləri gedişində ilk dəfə olaraq gecə vaxtı sahil zolağında atəşaçma və hava hücumunu uğurla yerinə yetiriblər.

Hərbi təlimlərin bu hissəsində son zamanlar «gecə vaxtı uçuş» sistemilə təchiz edilib, silahlandırılmış 214 tipli hücum vertolyotları sahildə/ bölmələrdən yaxın məsafədən atəş dəstəyi və gecə ilə hava hücumu əməliyyatını müvəffəqiyyətlə həyata keçirə, həmçinin ordunun xüsusi və sürətli reaksiya qüvvələrini sürətlə nəzərdə tutulan məntəqələrə yaya biliblər.

Bu əməliyyat ilk dəfə olaraq yerli modern silah və hərbi avadanlıqlardan bəhrələnməklə «gecə vaxtı uçuş» tapşırıqlarında pilotların cəsarəti, məharəti və dəyərləndirilmələri məqsədilə, həmçinin döyüş qabiliyyətini yüksəltmək üçün icra olunub.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının hava qüvvələrinin komandanı, 2-ci dərəcəli briqada generalı Yusef Qorbani bu əməliyyatı bölgədə və bölgədənkənarda nadir bir əməliyyat adlandırıb. O, sürətli reaksiya bölmələrilə ahəngdar addımlar, pilotlara modern taktikaların təlim verilməsi və təşəbbüsü ələ almağı/ ümidverici və ordunun quru qoşunlarının aviasiya qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi amili adlandırıb.

Teqlər