Yan 24, 2021 17:18 Asia/Baku
  • İran Ordusu Dəniz quvvələrinin komandir müavini təyin edildi

Admiral Hamzeh Əli Kaviani, Dəniz Qüvvələri Komandirinin təklifi və İran İslam Respublikası Ordusu Baş Komandanının təsdiqilə Dəniz Qüvvələri Komandirinin müavini təyin edildi.

SəhərAzəri  İRNA-ya istinadən xəbər verir ki, Bazar günü 24 Yanvar Dəniz Qüvvələri Komandir müavininin təqdimat mərasimi ordunun baş komandanı Əmir general Seyid Əbdül Rəhim Musəvi, Dəniz Qüvvələri Komandiri Admiral Hüseyni Xanzadi və bir qrup müavin və komandirin iştirakı ilə keçirilib.

Mərasimdə Ordu Baş Komandanı, Dəniz Qüvvələrinin sadəcə silahlı bir qüvvə yox, bir sivilizasiyanın dayağı olduğunu vurğulayaraq dedi: "Dəniz Qüvvələri digər qüvvələrə nisbətən daha qabarıq bir xüsusiyyətə sahibdir, yəni Dəniz Qüvvələrinin sahib olduğu irəliləyişləri İnqilabın ikinci addımının ifadəsini yerinə yetirməyə daha da yaxınlaşır. Bu, sivilizasiyanı qurmaq və ölkənin gələcək tarixini dəyişdirmək üçün bir addımdır. Və bu irəliyə doğru hərəkət Ali Baş Komandanın müdrikliyi sayəsində baş tutur.

 

Teqlər