Yan 26, 2021 22:03 Asia/Baku
  • Təbriz neft-kimyası ölkənin nümunəvi ixracatçısıdır

Təbriz neft kimyası istehsal artımı, həmçinin məhsul satışı və müxtəlifliyi üzrə sabit beynəlxalq bazarlara çıxış göstəricilərinə əsasən, bu il nümunəvi milli ixracatçı seçilibdir.

SəhərAzəri xəbər verir, İranın şimal-qərbində ən böyük istehsal şirkəti olan Təbriz neft-kimya zavodunda məşğulluq səviyyəsi, habelə xam plastik, polietilen, polistilen və «abs» məhsullarının eksklüziv istehsalı baxımından sanksiyalara qalib gəlmək səy və ciddi-cəhd sayəsində müyəssər olub.

Təbriz neft-kimya kompleksinin sədri Zareyi deyib: "Təbriz neft-kimyası öz istehsal səviyyəsini on beş min tonadək artırıb. Polietilen obyektində də 12 min 200 tona bərabərlik edən aylıq istehsal üzrə ən yüksək rekorda nail olubdur".

Məhz daxili istehsalda bu irəliləməkdə olan siyasətlə/ şirkət öz məhsullarının əlli faizindən çoxunu dünyanın 35-dən çox ölkəsinə ixrac etməklə İranın nümunəvi ixracatçısı seçilibdir.

Neft-kimya ixracatının 130 milyard dollarlıq valyuta gətirməsi bu uğurun göstəricilərindəndir.

Tbriz neft-kimya kompleksinin icraçı direktoru Dərəfşi deyib: "Əmtəə mal ixrac etdiyimiz Avropa, Asiya və Afrika ölkələri kimi müxtəlif ölkələrin bazarları bu sahədə sabit bazarlardır. Eləcə də bu neft-kimya zavodunda təqribən yüz faiz valyuta tarazlığına malikik".

Bu kompleksdəki mühüm iqtisadi müstəqillik layihələri Təbriz neft-kimya zavodunun ixracatı və rövnəqinə səbəb olur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə öz nominal gücündən on beş faiz yüksək fəaliyyət göstərən kompleks 22 müxtəlif məhsul növü ilə işləyir.

Teqlər