Mart 18, 2021 16:29 Asia/Baku
  • ABŞ Çinə: İrana qarşı neft sanksiyalarını davam etdirəcəyik

Bir amerikalı rəsmi deyib: Vaşinqton Pekinə xəbər veribdir ki, Donald Tramp dövrünün İran neftinə qarşı sanksiyalarını davam etdirəcək.

SəhərAzəri xəbər verir ki, adına işarə olunmayan ABŞ hökumətinin bu yüksək vəzifəli şəxsi bildirib ki, İrana qarşı neft sanksiyalarının aradan götürülməsi üçün heç bir proqram yoxdur.

Bu amerikalı rəsmi sonra deyib: Vaşinqton sanksiyaların icrası üzərində təmərküzləşmək yerinə, İranın öz nüvə addımlarını geriyə qaytarmasına üstünlük verir.

Donald Tramp hökuməti 2019-cu ildə Amerikanın sanksiyalarını pozduqalarına və İranla neft mübadilələrini asanlaşdırdıqlarına görə, Çinin bir dövlət şirkətinə və bu ölkənin bir neçə neftdaşıma şirkətinə sanksiyalar tətbiq etdi.

Bu amerikalı rəsminin sözləri elə bir halda söylənibdir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken və Ağ Ev-in milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə axşamı günü, Amerikanın yeni hökumətinin hakimiyyətə gəldiyi zamandan bəri ilk dəfə olaraq, Alyaskada öz çinli həmkarları ilə görüşməlidirlər.

Entoni Blinken ötən həftənin çərşənbə günü bu vəzifədə konqres qarşısındakı ilk dinləmə iclasında dedi ki, Vaşinqton İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmasından öncə bu ölkəyə qarşı sanksiyaları götürməyə hazır deyildir.

Vaşinqton 2018-ci ildə Donal Trampın prezidentliyi dövründə birtərəfli surətdə nüvə anlaşmasından çıxdı, amma Co Bayden Birləşmiş Ştatları bu anlaşmaya geri qaytarmağa təmayül göstəribdir. Bunula belə, indiyədək ABŞ-ın nüvə anlaşmasına geri dönməsi üçün Bayden hökuməti tərəfindən heç bir real addım atılmayıbdır.

İran İslam Respublikası dəfələrlə vurğulayıbdır ki, Amerika anti-İran sanksiyalarını ləğv edərsə, Tehran da dərhal öz nüvə anlaşması öhdəliklərinə geri dönəcək.

Teqlər