Pekin ABŞ-ın İrana qarşı sanksiyalarının azaldılmasını istəyib
Pekin ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarının azaldılmasını istəyib.
SəhərAzəri xəbər verir ki, Çin xarici işlər nazirliyi cümə günü vurğulayıb ki, Amerika İrana qarşı sanksiyaları azaltmalıdır və Tehran da öz növbəsində nüvə öhdəliklərinə geri dönəcəkdir.
Çin xarici işlər nazirliyinin sözçüsü Hua Tszyan Yin də son zamanlar Amerikanın nüvə anlaşmasına qayıdışı və İrana qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayraq belə demişdi: İranın nüvə məsələsi həssas bir zaman kəsiyində qərar tapıb. Təcili prioritet budur ki, Amerika nüvə anlaşmasına qayıtsın və sanksiyaları tez bir zamanda aradan qaldırsın ki, iki tərəf nüvə anlaşmasını əsas yola qaytarmış olsun.
Çin xarici işlər nazirliyinin sözçüsü həmçinin ümid etdiyini bildiribdir ki, nüvə anlaşmasının bütün tərəfləri daha artıq sürətlə işləyərək, bu anlaşmanın bərpası üzrə ilkin addımlar üstündə razıllığa gələcəklər.
ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci il mayın 8-də birtərəfli qaydada Vaşinqtonun nüvə anlaşması altındakı öhdəliklərini pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi. Trampın bu hərəkəti həm bu ölkə daxilində, həm də beynəlxalq səviyyədə pislənildi.