Mart 26, 2021 17:53 Asia/Baku
  • Çin xarici işlər naziri İrana səfər edib

Çin xarici işlər naziri İran xarici işlər nazirinin dəvəti ilə Tehrana daxil olub.

SəhərAzəri xəbər verir ki, Çin xarici işlər naziri «Van Yi» İran İslam Respublikası rəsmiləri ilə görüş məqsədilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə bu gün Tehrana daxil olub.

«Van Yi» bu səfərdə Zəriflə müzakirədən əlavə, İran İslam Respublikasının prezidenti ilə də görüşəcək.

İki ölkənin strateji iştirakının gücləndirilməsi yollarının araşdırılması, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması, bu səfərdə tərəflərin danışıqlarının iş gündəmində durur.

İkitərəfli və beynəlxalq məsələlərdə bir-biri ilə ardıcıl məşvərətlər aparan «Van Yi» və Zərif bu görüşdə iki ölkənin uzunmüddətli əməkdaşlıqlarının perspektivlərini araşdıracaq, əhatəli strateji iştirakın həyata keçirilməsi tərzini müzakirəyə çıxaracaqlar.

Həmçinin İran ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının əllinci ildönümü günü münasibətilə sabah iki ölkənin xarici işlər nazirləri tərəfindən qarşılıqlı həmkarlıqlara dair tarixi sənədlərdən ibarət sərgi açılacaq.

İki ölkənin xarici işlər nazirləri tərəfindən İran İslam Respublikası ilə Çin arasında əhatəli əməkdaşlıq proqramı sənədinin imzalanması bu ikigünlük səfərin digər tədbirlərindəndir.

Teqlər