Mart 27, 2021 11:55 Asia/Baku
  • Çin Xarici İşlər Naziri Əli Laricani ilə görüşüb

Çin Xarici İşlər Naziri Vang Yi və 25 illik İran-Çin anlaşmasını izləməkdə məsul olan Əli Laricani, ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

 SəhərAzəri xəbər verir ki, Çin Xarici İşlər Naziri dünən (cümə günü) axşam iki günlük səfər çərçivəsində İran rəsmiləri ilə danışıqlar aparmaq və ikitərəfli və beynəlxalq əlaqələrin inkişafı üçün Tehrana gəlib.

Ölkəmizin prezidenti və xarici işlər naziri ilə görüşmək, Çin diplomatik xidmətinin rəhbərinin İrandakı növbəti proqramıdır.

Vang Yinin səfəri zamanı İran İslam Respublikası və Çin Xalq Respublikasının hərtərəfli əməkdaşlıq planının sənədi iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmalıdır.

İran-Çin arasında diplomatik əlaqələrin 50 illiyi münasibətilə sənədlər sərgisinin açılışı Çin Xarici İşlər Nazirinin Tehran səfərinin başqa proqramlarındandır.

 

Teqlər