Mart 27, 2021 22:10 Asia/Baku
  • Prezident Ruhani Çin ilə əlaqələrin bütün sahələrdə dərinləşdirilməsini vurğulayıb

Prezident Həsən Ruhani Çinlə münasibətləri İran İslam Respublikası üçün strateji və vacib adlandırıb və iki ölkənin siyasət və iqtisadiyyat da daxil olmaqla bütün sahələrdə əlaqələrinin inkişafınشvə dərinləşməsinə təkid edib.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani, Çin xarici işlər naziri Vang Yi ilə görüşdə İran-Çin diplomatik münasibətlərinin 50-ci  ildönümündə  iki ölkə arasındakı regional və beynəlxalq əməkdaşlıqların tətbiqi və sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

Ruhani həmçinin Pekinin beynəlxalq sahələrdə  o cümlədən Əhatəli Müştərək Təşəbbüs Proqramında ABŞ-ın nüvə razılaşmasından birtərəfli çıxmasını  və İrana qarşı sanksiyalarını qınaması  kimi İrana verdiyi dəstəyi yüksək qiymətləndirərək iki ölkə  əlaqələrini ƏMTP-nın icrasında  və Avropa ölkələrinin öhdəliklərini yeritə yetirməsində  vacib hesab edib və  bu əlaqələrin mövcud  vəziyyəti dəyişdirə biləcəyini söyləyib.

Ruhani səfər zamanı İran ilə Çin arasında 25 illik əməkdaşlıq sənədinin imzalanmasına toxunaraq deyib:"Korona peyvəndi ilə əlaqədar olaraq, iki ölkə  arasında əməkdaşlığı artırmaq lazımdır və Çindən daha çox aşı təmin etmək istəyirik."

Tehran – Pekin ikitərəfli əməkdaşlığa gəlincə, Çin xarici işlər naziri Çinin bu məsələyə həməşə böyük önəm vrdiyini  və  bunu  İranla münasibətlərində prioritet vəziyyətə gətirməyə çalışdığını söyləib.

 

Teqlər