Mart 28, 2021 17:41 Asia/Baku
  • İran ilə Çin əlaqələri strateji səviyyəyə yüksəldi

İran İslam Respublikası Xarici işlər Nazirliyinin Asiya və Okean işləri üzrə baş müdiri Reza Zəbib, İran ilə Çin arasındakı əlaqələrin geniş əhatəli stratejik ortaqlığa yüksəldiyini ifadə etdi.

SəhərAzəri xəbər verir ki,Şənbə günü İran ilə Çin arasında imzalanan yeni əməkdaşlıq sənədi haqqında danışan Xarici işlər Nazirinin yardımçısı Reza Zəbib, sənəddə siyasi, iqtisadi və müdafiə və təhlükəsizlik sahələri olmaq üzrə üç sahədə əməkdaşlıq nəzərdə tutulduğunu ifadə edərək belə dedi:

İran ilə Çin arasında imzalanan bu sənəd iki ölkə əlaqələrini ortaqlıq fazına yüksəltdi; yəni ticarət və alış-verişdə ortaqlıq səviyyəsinə yüksəltdi. Sənəd, geniş əhatəli bir sənəddir; çünki əlaqələrin bütün ölçülərini əhatə edən strateji bir sənəd sayılır; çünki sənəddə əlaqələrin strateji ölçüləri göz qarşısında saxlanılmışdır.

Zəbib belə əlavə etdi:Sənəddə iki təməl  mehvər söz mövzusudur. Birinci mehvər, infrastrukturlarla əlaqədardır. Bu mehvərdə iki ölkənin elmi və texnoloji sahələrdə əhəmiyyətli əməkdaşlıq və iqtisadi əlaqələrdən maliyyə qaynaqların təmin edilməsi və sərmayələr nəzərdə tutulmuşdur. İkinci mehvər isə ticarət və xidmətlərlə əlaqədardır.

İran İslam Respublikası və Çin Xalq Respublikası Şənbə günü axşam saatlarında iki ölkə arasında 25 illik əməkdaşlığı nəzərdə tutan sənədi imzaladı.

Bu sənəd iki ölkənin Xarici işlər Nazirləri Məhəmməd Cevad Zərif və Vang Ye tərəfindən imzalandı.

 

Teqlər