İran - Çin anlaşması; Zalımcasına sanksiyalara qarşı milli mənfəətlərin zəmanəti
İslami Şura Məclisi Başçısı Xüsusi yardımçısı Hüseyn Əmir Abdullahian, İran ilə Çin tərəfindən imzalanan 25 illik strateji əməkdaşlıq sənədin, ABŞ sanksiyalarına qarşı İranın iqtisadiyyat, elm və texnologiya sahələrində milli mənfəətlərini zəmanət altına aldığını qeyd etdi.
SəhərAzəri-İRİB müxbirinə İran ilə Çin arasında imzalanan 25 illik strateji əməkdaşlıq sənədinin imzalanmasının əhəmiyyətini açıqlayan Əmir Abdullahian, sənədin iki ölkənin uzun vədəli strateji əməkdaşlığın üfüqünü təyin etdiyini qeyd edərək belə dedi:Bu sənəd milli mənfəətləri maksimum dərəcədə təmin etmə çərçivəsində və dünyanın bütün bölgələri və başda iqtisadi güclər olmaq üzrə qlobal böyük aktyorları güdərək imzalandı. İran İslam Respublikası bu sənədi balanslı xarici siyasət çərçivəsində tətbiq edərək, sənədin təqibçisi olacaq.
Əmir Abdullahiyan sözlərinə belə davam etdi:Buna görə bizim baxışımız sırf Qərbə və ya hər hansı bir Qərbli ölkəyə doğru deyil də, daha çox ölkənin milli mənfəətlərini təmin edəcək müxtəlif iqtisadi, mədəni, siyasi, tarixi və mədəniyyət qütblərinə doğru bir baxış olacaq.