Apr 09, 2021 09:54 Asia/Baku
  • İran və Çin arasındakı strateji əməkdaşlıq sənədi 'uduş-uduş' çərçivəsindədir

İran İslami Şura Məclisi sədrlik heyətinin bir üzvü, İran və Çin arasındakı strateji əməkdaşlıq sənədinin 'uduş-uduş' çərçivəsində bir sənəd olduğunu söylədi.

SəhərAzəri xəbər verir ki,İran İslami Şura Məclisi sədrlik heyətinin üzvü və İran-Çin dostluq qrupu başçısı Əhməd Əmirabadi Fərahanı,  dünən müxbilərə verdiyi müsahibədə; ''İran-Çin əməkdaşlığın 25 illik strateji sənədi tamamilə uduş-uduş xüsusiyyətindədir və əməkdaşlıq və sərmayə üçün yol xəritəsini göstərməkdədir'' dedi.

Əmirabadi Fərahanı, bu sənəddə çinlilərin İranda sərmayə qoymaq istədiyi dəmiryolları, caddələr,limanlar kimi müxtəlif mövzuların daxil edildiyini və bunun üçün də iki tərəf arasında bir anlaşmanın imzalanması lazım olduğunu söylədi.

İranlı səlahiyyətli, İran məclis üzvlərinin bu sənədi tam olaraq araşdırdıqlarını və sənəddə milli maraqlara və İran xalqı mənafeyinə  zidd heç bir şey müşahidə edilmədiyini söylədi.

İran İslam Respublikası və Çin 2015-ci ildə əhatəli bir ortaq strateji bəyanat nəşr etdi və iki tərəf əhatəli bir əməkdaşlıq proqramı nəticələndirməyə qərar verdilər.

İran Xarici işlər Naziri Məhəmməd Cevad Zərif  və Çin Xarici işlər Naziri Vang Ei, müşavirələr və müzakirələrin ardından 27 Mart 2021də Tehranda "İran İslam Respublikası ilə Çin Xalq Respublikası arasında əhatəli bir əməkdaşlıq sənədini imzaladılar.

 

Teqlər