Nətənzdə təxribat amilinin təsviri yayılıb
https://azeri.sahartv.ir/news/İran-i375912-nətənzdə_təxribat_amilinin_təsviri_yayılıb
İranın Təhlükəsizlik Nazirliyinin qüvvələri Nətənz nüvə saytındakı təxribatçı hərəkətin amilini aşkar ediblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 17, 2021 14:35 Asia/Baku
  • Nətənzdə təxribat amilinin təsviri yayılıb

İranın Təhlükəsizlik Nazirliyinin qüvvələri Nətənz nüvə saytındakı təxribatçı hərəkətin amilini aşkar ediblər.

SəhərAzəri xəbər verir ki, bu təxribat hərəkətinin əsas amili olan Reza Kərimi hadisədən öncə ölkə xaricinə qaçıb. Əlbəttə, bu təxribat amilinin geri qaytarılması üzrə lazımi tədbirlər qanuni yollarla icra olunmaqdadır.

Ötən həftənin bazar günü İranın Nətənz şəhərindəki uran zənginləşdirməsi təsisatlarının elektrik şəbəkəsinin bir hissəsində bir hadisə baş verdi.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin bildirdiyinə görə, bu təxribat hərəkəti olub və Nətənz saytındakı təxribatçılığın ipucları tapılıbdır.