May 07, 2021 12:40 Asia/Baku
  • Ümumdünya Qüds gününün mesajı Fələsitn məsələsinin islam dünyası üçün prioritet olmasıdır

Ümumdünya Qüds gününün mesajı Fələsitn məsələsinin islam dünyası üçün prioritet olmasıdır.

SəhərAzəri- nin məlumatına əsasən,Fələstin İntifazəsinə Səstək üzrə Beynəlxalq Konfransın Daimi Katibliyinin baş katibi və Fələstin Strateji Dialoqu Jurnalının redaktoru Hüseyn Əmir Abdullahiyan SəhərTv-nin müxbirinə verdiyi eksklüziv müsahibədə bildirib ki,ramazan ayının sonuncu cüməsinin Qüds günü kimi təyin edilməsinin Fələstin xalqı və bütün dünya üçün ola biləcək ən mühüm mesajı, Fələstin və müsəlmanların ilk qibləsinin azadlığı məsələsinin İslam dünyası üçün birinci məsələ olmasıdır.

Əmir Əbdollahiyan ilə eksklüziv müsahibənin tam mətni təqdim olunur:

 

Qüds günü Həzrət İmam Xomeyni(r.ə)-in mühüm təşəbbüslərindən biridir. Ötən otuz ildə də İslam İnqilabının Böyük Rəhbəri bu təşəbbüsü tam fəallıqla davam etdirdilər və bu, İran xalqına, İran dövlətinə, İranda mövcud olan bütün məcmuələrə və Fələstin xalqının haqlı hüquqlarına dəstək istiqamətində olub və vardır. Məncə, bəlkə də ramazan ayının sonuncu cüməsinin Qüds günü kimi təyin edilməsinin Fələstin xalqı və bütün dünya üçün ola biləcək ən mühüm mesajı budur ki, Fələstin və müsəlmanların ilk qibləsinin azadlığı məsələsi İslam dünyasının birinci məsələsidir və Qüds günü daima belə bir məsələnin önəmini xatırladır ki, beynəlxalq səviyyədə üzləşdiyimiz mürəkkəb böhranlara rəğmən, Qüdsün azad edilməsi və bütün tarixi Fələstin ərazilərində vahid Fələstin dövlətinin təşkilinə nail olmaq üçün fələstinli qrupların və İslam Ümmətinin vəhdəti diqqət mərkəzində durmalıdır.

Trampın prezidentliyi dövründə Trampın sionist kürəkəni, Qüdsü işğal etmiş rejimin xeyrinə Fələstin parametrində dəyişikliyin aparılması üçün əbəs cəhdlər göstərdi. Onların səylərindən biri bu idi ki, əmirliklər ilə Bəhreyni sionist rejimlə münasibətlərin adiləşdirilməsi planına daxil etsinlər.

Əslində bu iki ölkənin hökmranları kəskin bir trampizm təzyiqi altında qərar tapdılar və dünya xalqları gördülər ki, Ağ Ev-in balkonunda Tramp və Netanyahu bir sirk təşkil ediblər və alçaldıcı bir formada əmirliklər ilə Bəhreynin xarici işlər nazirləri ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin adiləşdirilməsi adı altında bir sənəd imzaladılar.

Bu iki ərəb ölkəsi hökmranlarının həmin hərəkəti dünya/ və ərəb ölkələrinin özlərinin elitaları səviyyəsində bir çox problemlə üzləşdi.

 

 

 

Teqlər