İran və Rusiya xarici işlər nazirləri görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i381165-İran_və_rusiya_xarici_işlər_nazirləri_görüşüblər
İranın xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının 21-ci sammitinin kənarında bu gün Rusiyanın xarici işlər naziri ilə görüşüb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 17, 2021 09:19 Asia/Baku
  • Lavrov və Əmir Abdullahiyan
    Lavrov və Əmir Abdullahiyan

İranın xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının 21-ci sammitinin kənarında bu gün Rusiyanın xarici işlər naziri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Görüşdə Rusiya ilə hərtərəfli əlaqələrin genişləndirilməsinə təkid edən Hüseyn Əmir Abdullahiyan Əfqanıstan məsələsi xüsusiyyət təşkil etməklə regional məsələlər barədə iki ölkənin məşvərəti vacibliyini xatırladıb.

Əmir Abdullahiyan Əfqanıstanın hazırkı mürəkkəb vəziyyətinə də toxunub. Bildirib ki, bu vəziyyət Amerikanın həmin ölkədən məsuliyyətsiz və biabırçılıqla çıxmasının nəticəsidir və hazırkı durumun məsuliyyəti birbaşa surətdə ABŞ hökumətinin üzərinə düşür.

Sergey Lavrov da İranın xarici işlər naziri təyin edilməsi münasibətilə doktor Əmir Abdullahiyanı təbrik və iranlı həmkarını Moskvaya səfərə və məşvərətləri davam etdirməyə dəvət edib.