Sen 28, 2021 14:55 Asia/Baku
  • BMT
    BMT

İranın BMT-dəki nümayəndə heyəti sionist rejimin baş nazirinin ittihamları və cəfəngiyyatlarına cavabda bildirib ki, bu rejim İranın dinc nüvə proqramı barədə dedikləri və mütəşəkkil iranofobiya proqramını işə salmaqla diqqətləri özünün regiondakı səbatsızlaşdırıcı və şər fəaliyyətlərindən yayındıra bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının nümayəndə heyətinin BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasında sionist rejimin baş nazirinin sözlərinə cavab mətnində deyilir: Naftali Bennet də özünün bədnam sələfi kimi bacardığı qədər İrana qarşı əsassız iddialar irəli sürüb, qeyri-düzgün informasiya vermək və məzlumluq ədasını çıxarmaqla, ümidsizcəsinə sionist rejimi günahsız təqdim etməyə can atdı.

İranın BMT-dəki nümayəndə heyəti bildirib ki, Naftali Bennetin bu çıxışdakı xəbiscəsinə məqsədi, sionist rejimin ötən yetmiş il ərzində regiondakı cinayətkarcasına rəftarları, həmçinin bütün səbatsızlaşdırıcı və ekspansianist siyasətlərini ört-basdır etmək olubdur.

«O, hətta bir dəfə də olsun belə, sionist rejimin yetmiş ildən çox vəhşicəsinə hökmranlığı və işğalı altında yaşayan Fələstin xalqının qanuni hüquqlarına, Qəzzə zolağına tətbiq etdiyi qanunsuz və qeyri-insani mühasirəsi və bu zolağı dünyanın ən böyük üstüaçıq zindanına çevirməsinə işarə etmədi.»-deyə, İranın cavab mətnində deyilir.

 

Teqlər