Əmir Abdullahiyan: "İran xalqın maraqlarına əsaslanan razılaşmanın əldə edilməsində ciddidir"
İran İslam Respublikasının xarici işlər naziri ölkəsinin nüvə anlaşması ilə bağlı danışıqlara və İran xalqının mənafeyinə əsaslanan razılığa gəlməyə ciddi yanaşdığını bəyan edərək, deyib: "İran İslam Respublikasının açıq-aydın mövqeyi bundan ibarətdir ki, danışıqlar masası arxasında İran xalqının hüquq və mənafeləri qorunmalı və sanksiyalar aradan qaldırılmalıdır".
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan bir video müraciətdə, İran İslam Respublikasının xarici işlər naziri kimi ilk 100 günlük fəaliyyəti haqqında hesabat verib.
O, bu hesabatda müxtəlif məsələlərə, o cümlədən, İranın nüvə sazişi ətrafındakı vəziyyətə toxubun və deyib ki, İranın açıq-aydın fikrincə, danışıqlar masasında İran xalqının hüquq və maraqları qorunmalı və sanksiyalar ləğv edilməlidir.
Əmir Abdullahiyan, həmçinin Vyana danışıqlarında bütün tərəflərin fundamental və uğurlu addımlar ata biləcəyinə ümid etdiyini bildirib.
İran ilə 4+1 qrupu arasında danışıqlar noyabrın 29-da Vyanada keçiriləcək. Co Bayden administrasiyası Vyana danışıqları vasitəsilə ölkəsinin nüvə sazişinə qayıtmasına şərait yaratmaq niyyətində olduğunu iddia edir.