Əmir Abdullahian: "Tehran-Məsqət münasibətləri uzunmüddətli və sabitdir"
İranın xarici işlər naziri İran-Oman əlaqələrini uzunmüddətli və sabit dəyərləndirib və deyib: "İran hökumətinin yanaşması qonşu dövlətlərlə əlaqələri genişləndirməkdən ibarətdir".
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Hüseyn Əmir Abdullahian bu gün Omanın paytaxtı Məsqətə daxil olarkən qeyd edib ki, İran İslam Respublikası qonşuların şəbəkəsini gücləndirmək üçün Fars körfəzindəki qonşu ölkələrlə yaxşı əlaqələr qurmağa çalışır.
Əmir Abdullahian əlavə edib: "Bu birgünlük səfər zamanı biz Oman hakimiyyəti və bu ölkənin xarici işlər naziri ilə ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq məsələlərlə bağlı danışıqlar aparacağıq".
İranın xarici işlər naziri həmçinin deyib: "Dördtərəfli saziş İran, Oman Krallığı, Türkmənistan və Özbəkistan tərəfindən imzalanıb vəvə bu səfər zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi araşdırılacaq".