Əmir Abdullahian:
"İran-Rusiya əlaqələrinin yeni mərhələsində əla əməkdaşlıq olacaq"
İranın xarici işlər naziri Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşə toxunaraq, İran və Rusiya əlaqələrinin yeni səhifəsində iki ölkə arasında çox yüksək səviyyəli əməkdaşlıqların olacağını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisini Moskvaya səfərində müşayiət edən və cümə axşamı günü Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, bu barədə öz şəxsi tvitter hesabında yazıb: "Biz cənab Lavrovla mühüm danışıqlar apardıq, o cümlədən İranda yeni atom elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi istiqamətində İran-Rusiya əməkdaşlığı, iki ölkə prezidentləri arasında son razılaşmalar fonunda əməkdaşlığın hərtərəfli inkişafı, eləcədə iki ölkə vətəndaşlarının konsulluq işləri kimi sahələrdə".
Qeyd edək ki, İran və Rusiya xarici işlər nazirləri ikitərəfli əlaqələr və regiondakı hadisələri müzakirə etməklə yanaşı iki ölkə arasında münasibətlər üçün yol xəritəsinin yekunlaşdırılmasının vacibliyini də vurğulayıblar.