Apr 16, 2022 11:40 Asia/Baku
  • Əmir Abdullahian:

İranın xarici işlər naziri İsmayıl Həniyyə ilə telefon danışığında sionist rejimin Məscidül-Əqsaya hücumunu şiddətlə pisləyib və deyib: "Bu rejim Fələstin xalqının qiyamına və müqavimətinə tab gətirə bilməyəcək qədər zəifləyib".

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun sədri İsmayı Həniyyə arasında telefon danışığı olub. Tərəflər Məscidül-Əqsadakı son vəziyyəti müzakirə ediblər

İranın xarici işlər naziri telefon danışığı zamanı bütün Fələstin və müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad edib və sionist rejimin Məscidül-Əqsanı təhqir etməsini şiddətlə pisləyib.

Əmir Abdullahian deyib: "Məscidül-Əqsada baş verənlər sionistlərin acizliyini və cəsur Fələstin xalqının müqavimətinin ayaqda və güclənməkdə olduğunu sübut etdi. Şübhəsiz ki, sionist rejimin Fələstin xalqının qiyamı və "Qüds qılıncı" dastanını yazan müqavimətə qarşı durmaq gücü yoxdur".

"Hazırda müqavimətin ən yaxşı vəziyyətdə, terrorçu sionist  rejimi isə ən zəif vəziyyətdədir", - deyə o, əlavə edib.

Əmir Abdullahiyan İranın, paytaxtı Qüds olmaqla Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib və işğalçı rejimin hərəkətlərini pisləmək və dayandırmaq üçün İslam ölkələrinin xarici işlər nazirləri ilə diplomatik təmaslarını davam etdirəcəyini vurğulayıb.

İranın xarici işlər naziri sionist rejimin ibadət edənlərə qarşı təcavüzü və Məscidül-Əqsanın təhqir edilməsini bəzi ərəb-islam ölkələri tərəfindən saxta İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasının qeyri münasib təsiri kimi qiymətləndirib.

HƏMAS-ın siyasi bürosunun sədri İsmayı Həniyyə də telefon danışığında İran xalqına, Aliməqa Rəhbər Həzrət  Ayətullahül-üzma Xameneiyə və İran prezidentinə salamlarını çatdırdıqdan sonra Məscidül-Əqsada baş verən son cinayətləri izah edib və vurğulayıb: "Bu gün Fələstin iki seçim qarşısındadır; Məscidül-Əqsanın yəhudiləşdirilməsini qəbul etmək və ya sionist rejimə qarşı müqavimət göstərmək. Fələstin xalqı və müqavimət qrupları isə qüdrətlə və şəhidlər verərək, müqavimət yolunu seçib".

Teqlər