İranın Viyanada razılığa gəlmək üçün xoş niyyəti və qətiyyəti var
İranın xarici işlər naziri Avropa İttifaqının xarici siyasət rəhbəri ilə telefon danışığında rəsmi Tehranın Vyana danışıqlarında güclü və davamlı razılaşmaya nail olmaq üçün lazımi iradə və xoş niyyətə malik olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə günü axşam saatlarında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə telefon danışığında İrana qarşı sanksiyaların aradan qaldırılmasına yönəlmiş Vyana danışıqları ilə bağlı son inkişafları və Ukrayna böhranı da daxil olmaqla, mühüm beynəlxalq gündəmi müzakirə edib.
Əmir Abdullahian İranın güclü və davamlı razılaşma əldə etməkdə ciddiliyini vurğulayaraq, Tehranın razılığa gəlmək üçün xoş niyyət və lazımi qətiyyətə malik olduğunu deyib.
O, Ukrayna böhranına toxunaraq, qeyd edib ki, İran İslam Respublikası hər zaman Ukraynada da daxil olmaqla müharibədən istifadəyə qarşı olduğunu vurğulayıb.
İranın xarici işlər naziri həmçinin İranın Yəmən, Əfqanıstan, Ukrayna və digər ölkələrdəki böhranlara qarşı heç vaxt ikili standartlara əl atmadığını vurğulayıb və əlavə edib: "İran Kiyev və Moskvada müharibə edən hər iki tərəfi danışıqlara və müharibəni dayandırmağa dəvət edir və Tehran bu böhrandan yeganə çıxış yolunun diqqəti diplomatiya və dialoqa yönəltmək olduğuna inanır.
Əmir Abdullahian daha sonra son aylarda Rusiya və Ukrayna xarici işlər nazirləri ilə apardığı danışıqlara işarə edərək, İranın sülh və təhlükəsizliyi dəstəkləməyə və vasitəçi kimi fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell də öz növbəsində Vyana danışıqları zamanı İran tərəfindən irəli sürülən təşəbbüslərə toxunaraq, deyib: "İndi biz dialoqu davam etdirmək və həll yollarına diqqət yetirmək üçün yeni bir yoldayıq".
O, həmçinin İran İslam Respublikasına Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.