Tehran-Düşənbə əlaqələrinin inkişafına zəmin
https://azeri.sahartv.ir/news/İran-i389567-tehran_düşənbə_əlaqələrinin_inkişafına_zəmin
İranın xarici işlər naziri deyib: İran və Tacikistan bir çox tarix, sivilizasiya, mədəniyyət və dil ortaqlığına malikdirlər. Bu böyük imkan, iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2022 05:58 Asia/Baku
  • Tehran-Düşənbə əlaqələrinin inkişafına zəmin

İranın xarici işlər naziri deyib: İran və Tacikistan bir çox tarix, sivilizasiya, mədəniyyət və dil ortaqlığına malikdirlər. Bu böyük imkan, iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq.

SəhərAzəri-nin məlumatına əsasən,  Tacikistan Respublikasının xarici işlər naziri müavini Müzəffər Hüseynzadə dünən Tacikistan prezidentinin İran İslam Respublikasına səfəri ərəfəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüb.

Tacikistan prezidentinin Tehrana səfərindən məmnuluq ifadə edən Əmir-Abdullahiyan bu görüşdə həmin səfəri iki ölkə əlaqələrinin genişləndirilməsndə çox önəmli adlandırıb.

Tacikistan Respublikasının xarici işlər naziri müavini Müzəffər Hüseynzadə də iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinin önəminə təkid edib,/ Tacikistanın İran İslam Respublikası ilə əlaqələri daha da genişləndirməyə hazır olduğunu bildirib.