İyun 25, 2022 17:39 Asia/Baku
  • İranla nüvə danışıqları bərpa edilir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali rəsmisi Cozef Borrelin Tehrana səfəri nəticə verib, nüvə danışıqları bərpa olunur.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Cozef Borrellə İran XİN rəhbərinin mətbuat konfransında açıqlama verilib.

Aİ-nin ali rəsmisi ilə aparılan danışıqların uzun sürdüyü və müsbət nəticələrlə yadda qaldığını deyən İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyan qeyd edib ki, nüvə sazişinin bərpası ilə bağlı Vyana danışıqları tezliklə başlayacaq. “İndi İran üçün mühüm olan odur ki, 2015-ci ilin sazişinin bütün iqtisadi bəhrəsini əldə edə bilsin. Belə bir zamanda sazişdə İranın iqtisadi baxımdan bəhrələnməsini mənfi təsir altına alan istənilən məsələ İran tərəfindən qəbuledilməzdir. Ümidvarıq ki, Amerika tərəfi reallığı görməklə insaflı şəkildə müzakirələrə qatılsın və sazişlə bağlı danışıqların nəticə verməsi üçün məsuliyyətli davranaraq, öhdəliklərinə əməl etsin”, deyə Əmir- Abdullahiyan əlavə edib.

İran İslam Respublikasının xarici işlər naziri sonra əlavə edib ki, İran dünya ilə balanslı əlaqələr axtarır və Avropa qitəsi ilə əlaqələrin saxlanılması və genişləndirilməsi İran İslam Respublikasının prioritetlərindən biridir.

Cozef Borrell də deyib: "Nüvə sazişi yenidən işə salmalı, ABŞ-ın İrana qarşı sanksiyaları qaldırmalı və İrana iqtisadi fayda gətirməliyik."

Borrelin sözlərinə görə, təxminən 3 aya yaxındır dayandırılan danışıqların davam etdirilməsi qərara alınıb.

Teqlər