Əmir Abdullahian: ABŞ Doha danışıqlarında heç bir təşəbbüs irəli sürmədi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian fransalı həmkarı Katerin Kolonna ilə telefon danışığında son nüvə müzakirələrinə toxunaraq, Amerika tərəfinin təşəbbüs və irəliləyiş əsasında bir yanaşma olmadan Dohada iştirak etdiyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işər naziri Hüseyn Əmir Abdullahian ilə Fransanın xarici işlər naziri Katerin Kolonna arasında telefon danışığı baş tututb. Telefon danışığında tərəflər bütün mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Vyana və Dohada Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlara toxunan Əmir Abdullahian deyib: "İranın Dohadakı son danışıqları dəyərləndirməsi müsbətdir, lakin Amerika tərəfinin diplomatik fürsətdən necə istifadə edəcəyini görmək lazımdır".
O, indi diplomatiya yolunun açıq olduğunu söyləyib və əlavə edib ki, İran yaxşı və davamlı razılaşmanın yekun nöqtəsinə çatmaq üçün ciddi və səmimidir və danışıqlarda həmişə öz müsbət təklif və fikirlərini irəli sürüb.
İranın xarici işlər naziri həmçinin Tehranın hər zaman bütün beynəlxalq öhdəliklərinə sadiq qaldığını qeyd edərək, İranın digər tərəflərdən də eyni şeyi gözlədiyini bildirib.
Fransanın xarici işlər naziri Katerin Kolonna da telefon danışığında Tehran və Paris arasında yaxşı münasibətləri alqışlayıb və nüvə müzakirələrinin davam etdirilməsinin və sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.