İsveç məhkəməsinin hökmü
İsveç məhkəməsi bir hökmdə terrorçu münafiqlər qruplaşmasının əsassız ittihamları ilə həbsdə olan İran vətəndaşı Həmid Nurini ömürlük həbs cəzasına məhkum edib.
SəhərAzəri-nin məlumatına əsasən, Həmid Nuri 2019-cu il noyabrın 9-da ögey qızının ailəvi ixtilaflarını həll etmək məqsədilə İsveçə daxil olarkən bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu. O, 32 aya yaxındır ki, zindandadır.
Nuri İsveç prokurorluğu tərəfindən 34 il bundan əvvəl İranda iddia edilən hadisələrdə əli olmaqda ittiham edilib. Bu işin şikayətçiləri də başlıca olaraq, terrorçu münafiqlər qruplaşmasının üzvləridirlər.
Nuri bu müddətdə fərdi kameralarda saxlanılmaqdan əlavə, uzun zaman kəsiklərində öz ailəsilə əlaqə saxlamaq imkanına belə, malik olmayıbdır. O, iki həftə bundan qabaq ailəsilə qısa təmasda vurğuladı ki, hələ də fərdi kamerada saxlanılır və görmə problemlərinin kəskinləşməsinə rəğmən, göz həkiminə əlçatanlıq imkanı da olmayıbdır.
Bu istiqamətdə, bu gün İsveç məhkəməsi terrorçu münafiqlər qruplaşmasının ittihamları əsasında Nurini ömürlük həbs cəzasına məhkum etdi.
Bu hökm "Tomas Zander" və "Anna Lilinberg Golesco" işi hakimlərinin iştirakı ilə keçirilən mətbuat konfransında oxundu. Məhkəmə hökmündə Nuri “siyasi məhbusların qırğın edilməsində əli olmaq” adlandırılan məsələdə ittiham olunub.
Nuri həmçinin İsveçdən qovulub və onun bu ölkəyə girişi qadağan edilib. Bu İran vətəndaşı “əziyyət çəkmiş” adlandırılan ailələrə kompensasiya ödəməkdə ittiham olunub. Bu əsasda, Nuri ona qarşı çıxarılan hökmlər icra olunana qədər həbsdə qalacaq.
Bundan öncə İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə müavini və insan hüquqları qərargahının katibi Kazım Qəribabadi, Həmid Nuriyə qarşı siyasi işin yaradılması və onunla insan hüquqlarına zidd rəftarların edilməsini tənqid və İsveç hökumətinə tövsiyə etmişdi ki, terrorçu qrupları dəstəkləməkdən əl çəksin, əli on iki mindən çox günahsız iranlının qanına boyanmış münafiqlər qruplaşması ilə əlaqəyə malik olmaqdan çəkinsin, öz məhkəmə sisteminin peşəkarlığı və müstəqilliyini qorusun, şəxslərin insan hüquqlarına hörmət etsin və İrana qarşı bu saxta tamaşaya da son qoysun.
Belə bir halda, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan da öz isveçli həmkarı ilə son telefon söhbətində Nurinin dərhal azad edilməsini istəyibdir.