İran və Ukrayna XİN rəhbərlərinin telefon danışığı baş tutub
https://azeri.sahartv.ir/news/İran-i391179-İran_və_ukrayna_xİn_rəhbərlərinin_telefon_danışığı_baş_tutub
İran İslam Respublikası xarici işlər naziri özünün ukraynalı həmkarı ilə telefon söhbətində bildirib ki, İran Əfqanıstanda eləcə də Yəmən, Fələstin və Ukraynada müharibənin əleyhinədir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 15, 2022 15:03 Asia/Baku
  • İran və Ukrayna XİN rəhbərlərinin telefon danışığı baş tutub

İran İslam Respublikası xarici işlər naziri özünün ukraynalı həmkarı ilə telefon söhbətində bildirib ki, İran Əfqanıstanda eləcə də Yəmən, Fələstin və Ukraynada müharibənin əleyhinədir.

Hüseyn Əmir Abdullahian bu telefon danışığında ABŞ Milli Təhlükəsizlik müşavirinin İranın Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya PUA-lar tədarük etməsinə dair əsassız iddiasını qərəzli siyasi məqsəd güdən hərəkət adlandırıb.

Telefon söhbətində Ukrayna XİN başçısı Dmitri Kulba da başqaların əsassız ittihamlarının Tehran-Kiyev dostluq əlaqələrinə xələl gətirməsinə imkan verilməyəcəyini vurğulayıb. Kulba İranlı həmkarını Ukraynaya rəsmi səfərə dəvət edib.