İyul 17, 2022 11:32 Asia/Baku
  • Çavuşoğlu ilə Əmir-Abdullahiyan arasındakı söhbətin əsas istiqaməti

İran İslam Respublikasının xarici işlər naziri ilə Türkiyənin xarici işlər naziri arasında telefon söhbəti baş tutub. Tərəflər bu telefon danışığında iki ölkənin siyasi və konsulluq münasibətləri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana rəsmi səfəri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın telefon danışığında tərəflər həmçinin Türkiyə prezidentinin və onu müşayiət edəcək yüksək səviyyəli nümayəndə heyətinin İrana qarşıdakı səfərindən məmnunluq ifadə və iki tərəfi maraqlandıran bəzi məsələlər haqda söhbət və məşvərət ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyəti ilə bazar ertəsi günü axşam Tehrana daxil olacaq.

Türkiyə prezidentini rəsmi qarşılama mərasimi çərşənbə axşamı günü səhər Tehranın Səədabad tarixi-mədəni kompleksində keçiriləcək.

 

Teqlər