Sədabad sarayında Türkiyə prezidentini rəsmi qarşılama mərasimi keçirilib +VİDEO
https://azeri.sahartv.ir/news/İran-i391302-sədabad_sarayında_türkiyə_prezidentini_rəsmi_qarşılama_mərasimi_keçirilib_vİdeo
İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğanı Sədabad sarayında rəsmən qarşılayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 19, 2022 05:55 Asia/Baku
  • Sədabad sarayında Türkiyə prezidentini rəsmi qarşılama mərasimi keçirilib +VİDEO

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğanı Sədabad sarayında rəsmən qarşılayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər çağlı Sədabad sarayında Türkiyə prezidentini rəsmi qarşılama mərasimi keçirilib.

Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib. İran və Türkiyə prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran İslam Respublikası nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə İran Prezidentinə təqdim olunub.

İran və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkənin əməkdaşlıq şurasının 7-ci iclası keçiriləcək və sonra prezidentlər mətbuata çıxış edəcəklər.