İyul 20, 2022 10:12 Asia/Baku
  • Ərdoğan: Regionda separatizmə yer yoxdur

Astana prosesinin qarantı olan ölkələrin əməkdaşlığının davam etdirildiyini vurğulayan Türkiyə prezidenti deyib: Regionumuzun gələcəyində separatizmə və terror qollarının mövcudluğuna yer yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan çərşənbə axşamı İran İslam Respublikasının ev sahibliyi etdiyi Astana Prosesi Başçılarının 7-ci Zirvə Toplantısındakı çıxışında əlavə edib: “Suriyanın təhlükəsizliyini təhdid edən ən mühüm şey terrorizmdir. Ona görə də "YPG", "PKK" və digər terror qrupları ilə mübarizə davam etdirilməlidir. Onlar İraqda separatizmi davam etdirirlər.”

Türkiyənin terrorçularla mübarizəni davam etdirdiyini deyən Ərdoğan vurğulayıb: “Ümid edirəm ki, Suriya böhranı həll olunacaq və bu mövzuda bir-birimizlə məsləhətləşə biləcəyik.”

Teqlər