Avq 07, 2022 12:47 Asia/Baku
  • Əmir Andullahian: Son qaliblər Fələstin müqaviməti və Qəzzə xalqıdır

İranın xarici işlər naziri deyib: "Sionist rejimlə mübarizədə, Fələstin müqavimətinin və Qəzzə xalqının sonda qalib gələcəyinə şübhə yoxdur".

SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin Nazirliyinin İnformasiya və Mətbuat Xidməti Baş İdarəsinin məlumatına görə, sionist rejimin Qəzzə zolağına hərbi hücumundan sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə ilə telefon danışığında sionist rejimin Qəzzəyə hücumlarını kəskin şəkildə pisləyib.

Əmir Abdullahiyan fələstinli şəhidlərin və sionistlərin Qəzzə zolağına son vəhşi hücumlarının şəhidlərinin ruhlarına ehtiramını bildirib və əlavə edib: "Təl-Əviv böhran yaratmağa davam etməklə, işğal olunmuş ərazilərdə çox səviyyəli böhranları ört-basdır etməyə çalışır".

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə də İran hökuməti və xalqının Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Ən-Nəxalə bildirib ki, bu gün sionist rejim ən zəif vəziyyətindədir və müqavimət döyüşçüləri Qəzzə və Fələstin sakinlərini və Qüdsün azadlığını şərəf və qüdrətlə qoruyurlar.

Fələstin İslami Cihad Hərəkatının baş katibi deyib: "Biz Allaha və Fələstin müqavimətinin gücünə təvəkkül edərək sionist rejimə cavab verdik və bu qarşıdurmada mühüm irəliləyiş əldə edəcəyik".

Teqlər