Qərb Fələstin xalqının hüquqlarını himayə etsin
Cümə axşamı günü səhər tvitter-dəki hesabında sionist rejimin işğal altındakı ərazilərdə törətdiyi cinayətlərin şiddətlənməsinə toxunan İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Qərb hökumətlərini gerçəklikləri inkar etmək əvəzinə, Fələstin xalqının insan hüquqlarını dəstəkləməyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Kənani tvitter-də bildirib: İnsan hüquqları orqanlarının saysız-hesabsız məlumatları və çoxsaylı beynəlxalq rəsmi sənəd və hesabatlara istinadən, sionist rejim bir aparteid rejimidir və onun əlləri soyqırımı, hərbi və bəşəriyyətə qarşı cinayətlərə bulaşıb.
İşğalçı sionist rejim hərbçiləri ən yeni cinayətlərində çərşənbə günü gecə İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə basqın ediblər. Onlar azı bir fələstinlini şəhid edib, 17 nəfəri yaralayıblar.