Avq 18, 2022 18:42 Asia/Baku
  • Əmir-Abdullahiyan Omanın xarici işlər nazirilə söhbət edib

İran və Omanın xarici işlər nazirləri müxtəlif məsələlər, o sıradan Amerikanın İran İslam Respublikasına qarşı zalımcasına sanksiyalarının ləğvi üzrə müzakirələr barədə söhbət ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Omanın xarici işlər naziri Bədr Əlbusəidi telefon söhbətində ikitərəfli əlaqələr, onların genişləndirilməsi yolları, həmçinin Vyanada sanksiyaların ləğvi üzrə müzakirələrlə bağlı son olaylar, eləcə də digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əmir-Abdullahiyan avqustun onunda da Bədr Əlbusəidi ilə telefon söhbətində Amerikanın İran İslam Respublikasına qarşı zalımcasına sanksiyalarının ləğvi üzrə müzakirələrlə bağlı son hadisələr barədə söhbət və Omanın bu müzakirələr sahəsindəki səyi və baxışlarına görə, təşəkkür etmişdi.

Oman qeyd olunan müzakirələr əsnasında bir çox hallarda mesajçatdıran və vasitəçi rolunu üzərinə götürüb  və son bir ayda dəfələrlə avropalı, amerikalı və iranlı rəsmilər Maskatla danışıb və məşvərət ediblər.

Vyana müzakirələrinin yeni etapı avqustun dördündən 8-dək davam edib. Bu etapda Avropa Birliyinin Vyana müzakirələrindəki koordinatoru Enrike Mora tərəfindən bir neçə təklif irəi sürülüb.

Vyana müzakirələrində iştirak edən ölkələrin əksəriyyəti müzakirələrin tez bir zamanda yekunlaşdırılmasını istəyir, lakin yekun razılaşmaya nailolma, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ barədəki siyasi qərarlarını gözləyir.

 

Teqlər