Sen 03, 2022 18:44 Asia/Baku
  • Mirtacəddini: Azərbaycanla nəqliyyat əlaqələrinin səviyyəsi artacaq

Təbrizdən olan deputat İranla Azərbaycan arasında nəqliyyat əlaqələrinin səviyyəsinin yüksəldiləcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran parlamenti - İslam Şurası Məclisinin Təbriz, Azərşəhr və Üsküdən olan üzvü Məhəmmədrza Mirtacəddini bildirib ki, İranın coğrafi mövqeyi onu region üçün nəqliyyat dəhlizinə çevirə bilər.

O İran, Azərbaycan və şimal-cənub dəhlizi üzərində olan digər qonşu ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafının zərurətindən danışıb və bildirib ki, İslam Respublikası strateji coğrafi mövqedə yerləşir və bu, xarici valyutanı təmin etməkçün yaxşı imkan hesab olunur.

İranlı deputat İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın ikitərəfli və çoxtərəfli fəaliyyətlərinin inkişaf etdirməyinin zərurətini vurğulayıb.

M.Mirtacəddini qeyd edib ki, xoşbəxtlikdən, hazırda region ölkələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq platforması mövcuddur.

M.Mirtacəddini qeyd edib ki, İslam Respublikası nəqliyyat marşrutlarını inkişaf etdirməklə Şimal-Cənub dəhlizini aktivləşdirə bilər ki, bu da digər ölkələrdən yüklərin açıq sulara və əksinə yüksək tranzit axınına səbəb olacaq.

Onun sözlərinə görə, əslində, bu qabiliyyət ölkələrin inkişafı və iqtisadi rifahı üçün vasitələrdən biridir ki, onu nəzərdən qaçırmaq olmaz.

Teqlər