Sen 30, 2022 14:47 Asia/Baku
  • İraqın xarici işlər naziri Amerikanın İrana olan mesajını gətirmişdi

"Bəzi xarici işlər nazirləri ötən aylarda Amerika tərəfindən İrana və əks istiqamətə mesajlar ötürməyə səy göstərdilər"- deyən İranın xarici işlər naziri bildiribdir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn Amerikanın İrana olan mesajını gətirmişdi.

Hüseyn Əmir-Abdullahiyan IRNA ilə müsahibədə Fransa prezidenti Emmanuel Makronun Nyu-Yorkda BMT Baş Assambleyasının yetmiş yeddinci sessiyasının kənarında İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə görüşü haqda isə belə deyib: Bu görüşdə Makron irəli sürdüyü ideyalarla əvvələn, iranlı tərəfin/ prezident kimi, yüksək səviyyədəki baxışını dinlməyə, ikincisi isə, zehninə gələn və razılaşma nöqtəsinə çatmaqda irəliləyişə kömək edə biləcək ideyaları irəli sürməyə çalışdı.

İranın xarici işlər naziri İrana qarşı sanksiyaların ləğvi üzrə müzakirələrin davam etdirilməsi barədə də danışıb: Amerikalı tərəf səkkiz-doqquz gün araşdırmadan sonra öz nəzərlərini təqdim etdi və amerikalı tərəf İran üçün əsas rola malik olan bəzi mövzularda mətni "şərh oluna bilinən" adlandırmaqla mətndə müəyyən qədər qaranlıq vəziyyət yaradıbdır.

Hər bir razılaşmanın gücləndirilməsi cəhətlərindən biri, şəffaflıq yaratmaqdır- deyən Əmir-Abdullahiyan söyləyib: Vahid bit mətndən on şərh çıxmamalıdır, əksinə, heç olmasa, mətni oxuyanların əksər hissəsi həmin mətn barədə vahid bir dərkə malik olduğunu hiss etməlidir.

İranın diplomatiya aparatının başçısı deyib: İran razılaşmaya çatmaqda ciddidir və yaxşı, güclü və sabit bir razılaşmaya çatmaq üçün əlindən gələni əsirgəməyəcək; müzakirə masasını tərk etməyəcək və qərara gəlmək üçün lazımi şücaətə malik olub-olmadığını göstərməli olan tərəf, amerikalı tərəfdir.

Teqlər