Tehranda fələstinli uşaq və yeniyetmələrlə beynəlxalq həmrəylik konfransı keçirilib
Tehranda Şəhid Muhəmməd əl-Durrahın xatirəsinə həsr olunmuş fələstinli uşaq və yeniyetmələrlə beşinci beynəlxalq həmrəylik konfransı keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, On iki yaşlı fələstinli yeniyetmə- Muhəmməd əl-Durrah iki mininci ildə sionist hərbçilərin atəşlərindən amanda qalmaq üçün atasının arxasında gizləndiyi bir halda, bir sionist həbrçi tərəfindən bir neçə atəşin açılması ilə,/ atasının, xalqın və informasiya kanallarının gözləri önündə şəhid edildi.
Şəhid Muhəmməd əl-Durrahın xatirəsinə həsr olunmuş fələstinli uşaq və yeniyetmələrlə beşinci beynəlxalq həmrəylik konfransı İran İslam Şurası Məclisi üzvlərindən bir qrupunun, Fələstin sahəsi üzrə beynəlxalq aktivistlərin, həmçinin islami müqavimət hövzəsi ölkələrinin məktəbliləri və tələbələrinin iştirakı ilə Tehranda keçirilib.
Konfransda çıxış/ və Muhəmməd əl-Durrahın şəhadətindən iyirmi iki ilin ötdüyünə işarə edən Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın baş katibi Seyid Müctəba Əbtəhi deyib ki, Fələstin müqaviməti o gündən bəri daha güclü forma alıbdır.
Əbtəhi vurğulayıb: Məhz Muhəmməd əl-Durrahın şəhadətindən sonra İsrail rejimini himayə sahəsində Amerikanın və Qərbin xərcləri xeyli artıbdır. Bir çox himayələrin olmasına rəğmən, sionist rejimin bir çox savaşları məğlubiyyətə düçar olubdur.
Fələstin intifazəsini himayə üzrə beynəlxalq konfransın baş katibi vurğulayıbdır ki, fələstinli yeniyetmə və gənclər bu torpaqların gələcək hökmranları olacaqlar. O, əlavə edib: Müqavimət ölkələrində dünyaya gəlmiş yeni nəsillə regionda yeni parametrlər formalaşıb və bu gün müqavimət mehvərinin bölgədəki bütün iqtisadi, siyasi, mədəni və ictimai meydanlarda qalib gəlməsinin zamanı gəlib çatıbdır.