Əmir-Abdullahiyan fin həmkarı ilə telefonla söhbət edib
İran xarici işlər nazirinin Finlandiyanın xarici işlər naziri ilə telefon söhbətində ikitərəfli münasibətlərin son durumu nəzərdən keçirilib.
Hüseyn Əmir-Abdullahiyan və Pekka Haavisto dünən axşamçağı bir telefon danışığında ikitərəfli münsaibətlərdəki son vəziyyət, sanksiyaların ləğvi üzrə müzakirələr, Ukrayna böhranı, iğtişaşçıların sui-istifadələri və xarici ünsürlərin İranın daxili hadisələrindəki müdaxilələri ətrafında fikir mübadiləsi aparıblar.
Ukrayna böhranına toxunan Əmir-Abdullahiyan deyib: Bəzi ölkələrin Ukraynaya hərbi köməklər göstərmələrinə rəğmən, İran, müharibədə Ukraynanın əleyhinə istifadə üçün Rusiyaya heç bir silah göndərməyib və bunu etməyəcəkdir də, çünki İran rəsmiləri bu qənaətdədirlər ki, bu böhranın həll yolu, siyasidir.
Əmir-Abdullahiyan İranın daxili hadisələri barədə də danışıb: İran İslam Respublikasında qadınların hüquqlarına diqqət, bizim üçün böyük əhəmiyyətə malikdir və hazırda qadınlar müxtəlif universitet, elm, tibb, təhsil, idarə və texnologiya sahələrində olduqca təsirli rol oynamaqdadırlar.
O, qeyd edib: İranda baş vermiş son hadisələrin bir hissəsi dinc aksiyalardır ki, biz ölkənin əsas qanununa uyğun olaraq, onu himayə edirik. Amma bu arada, bəzi iğtişaşçılar xarici istiqamətləndirmələr və xarici telekanalların təhriklərilə ictimai əmlakı dağıdıb, odlu və soyuq silahlarla xalqa və polisə hücum ediblər ki, bu hərəkətlər dünyanın heç bir yerində qəbul edilmir.
Amerikanın daxili olayları və ABŞ konqresinin işğal edilməsi macərasına diqqət çəkən Əmir-Abdullahiyan belə qeyd edib: Uzun müddət Amerikada internet xalqın istifadəsi üçün kəsildi və hətta milli təhlükəsizlik əsaslandırması ilə Amerikanın ozamankı prezidentinin şəxsi virtual səhifələri belə, bağlandı. Görən, Avropa nazirlər şurası o zaman nigarançılıq ifadə etdimi?
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da bu telefon söhbətində sanksiyaların ləğvi üzrə müzakirələrin son durumunu eşitməkdən məmnunluq və tərəflər arasında tezliklə razılaşmanın hasil olacağına ümidvarlıq ifadə edib.
Ukrayna böhranına işarə edən Haavisto, Rusiyanın hərbi hərəkətlərini BMT nizamnaməsinə zidd adlandırıb.
Öz söhbətində Əfqanıstan məsələsinə də yer ayıran Finlandiyanın xarici işlər naziri İran İslam Respublikasının əfqan didərgin və miqrantlara ev sahibliyi etmək sahəsindəki konstruktiv rolunu yüksək qiymətləndirib. Ümidvarlıq edibdir ki, İran İslam Respublikası dövləti öz nüfuzundan istifadə etməklə Taliban-ı qadın haqları da daxil olmaqla insan hüquqlarına riayətə təşviq edəcək.
İRAN XİN BAŞÇISI FİN HƏMKARI İLƏ TELEFONLA DANIŞIB