Okt 25, 2022 20:07 Asia/Baku
  • İran daha çox Avropa xalqına və qurumlarına qarşı sanksiyalar tətbiq edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir َAbdullahiyan çərşənbə axşamı deyib: "Yaxın günlərdə Avropa İttifaqından bir neçə qurum və şəxslərin adı İran İslam Respublikasının sanksiya siyahısına daxil ediləcək".

SəhərAzəri-nin məlumatına əsasən, o, bu barədə İranın İnsan Haqları Ali Şurasının iclasında bildirib.

Oktyabrın 19-da İran Xarici İşlər Nazirliyi terrorizmə dəstək, zorakılıq və nifrətin qızışdırılması və insan haqlarının pozulması ilə bağlı məqsədyönlü hərəkətlərinə görə "Fars dilli BBC" və "İran İnternational" şəbəkələri də daxil olmaqla, Britaniyanın 7 qurum və 13 rəsmisinə qarşı sanksiyalar elan edib.

Sanksiyalara viza verilməsinə qadağa qoyulması, hədəfə alınan britaniyalı şəxslərin İrana girişinin mümkünsüzlüyü, İran ərazisindəki əmlak və aktivlərinin müsadirə edilməsi, İranın maliyyə və bank sistemindəki bank hesablarının bloklanması daxildir.

O əlavə edib ki, bu sanksiyalar cinayət əməllərində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunma imkanlarını da nəzərə alacaq.

Teqlər