Okt 27, 2022 17:31 Asia/Baku
  • Əmir-Abdullahiyan: Milli təhlükəsizlik məsələsində güzəştə getmərik

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, bu dövlət öz təhlükəsizliyinin terrorçular və xarici mübaxiləçilərin oyununa çevrilməsinə imkan verməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyanöz tvitter səhifəsində yazıb: “Şübhəsiz ki, biz İran millətinin təhlükəsizliyi və maraqlarının terrorçuların və insan haqlarını iddia edən xarici müdaxiləçilərin oyununa çevrilməsinə imkan verməyəcəyik.”

Açıqlamada deyilir: "Mən və Xarici İşlər Nazirliyindəki bütün həmkarlarım Şirazdakı Müqəddəs Şahçerağ ziyarətgahında törədilən terror cinayəti nəticəsində məzlum zəvvarların şəhid olması ilə bağlı başsağlığı verir, yaralananların tezliklə sağalması üçün dua edirik. Bu cinayət İranda terror vəzorakılığı təbliğ edənlərin mənfur niyyətlərini tamamilə aydın göstərdi. Düşmənlərin İranın təhlükəsizliyini etibarsız etmək üçün çox mərhələli layihə hazırladıqlarına dair sübutlu məlumatlar var".

Teqlər