Əmir Abdullahian: "Atom Enerjisi Agentliyinin hərəkəti qeyri-konstruktivdir"
https://azeri.sahartv.ir/news/İran-i395138-Əmir_abdullahian_atom_enerjisi_agentliyinin_hərəkəti_qeyri_konstruktivdir
İran İslam Respublikasının xarici işlər naziri omanlı həmkarı ilə birgə mətbuat konfransında vurğulayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasında İran əleyhinə qətnamə verilməsi qeyri-konstruktivdir və biz qarşılıqlı tədbirlər görəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2022 15:51 Asia/Baku
  • Əmir Abdullahian:

İran İslam Respublikasının xarici işlər naziri omanlı həmkarı ilə birgə mətbuat konfransında vurğulayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasında İran əleyhinə qətnamə verilməsi qeyri-konstruktivdir və biz qarşılıqlı tədbirlər görəcəyik.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian Seyid Bədr Əl-Busaidi ilə birgə mətbuat konfransında deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ötən həftənin sonunda qeyri-konstruktiv bir addım atdı, halbuki, İranın Xarici İşlər Nazirliyinin rəsmiləri və İranın Atom Enerjisi Təşkilatının ekspertlərindən ibarət nümayəndə heyəti iki həftə əvvəl Vyanaya səfər edib və BMT-nin nüvə nəzarəti orqanı ilə əməkdaşlığı yaxşılaşdırmaq üçün MAQATE-nin baş direktoru Rafael Qrossi ilə danışıqlar aparıb. 

Əmir Abdullahian əlavə edib: "Buna baxmayaraq, daxili auditoriyaya təsir etmək və ABŞ-ın maksimum təzyiqinə və bu günlərdəki riakarcasına siyasətinə uyğun olaraq, masa üzərinə anti-İran qətnamə layihəsi qoydular və MAQATE-dən bir daha siyasi sui-istifadə etdilər".