Yan 13, 2023 19:18 Asia/Baku
  • Əmir-Abdullahiyan Nəcib Miqati ilə görüşüb

İran xarici işlər naziri Livanın baş naziri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Beyrutda səfərdə olan Hüseyn Əmir-Abdullahiyan bu gün Nəcib Miqati ilə görüşdə onunla ikitərəfli və regional məsələlər barədə söhbət edib.

Əmir-Abdullahiyan həmçinin Livanın xarici işlər naziri Abdullah Bu-Həbiblə bu ölkənin xarici işlər nazirliyi məkanında keçirilən birgə mətbuat konfransında deyib ki, öz livanlı həmkarı ilə müxtəlif sahələr üzrə danışıqlar aparıbdır.

Yeni milad ili münasibətilə Livan xalqını təbrik edən İran xarici işlər naziri bildirib ki, İran İslam Respublikası çətin günlərdə Livanın yanında olub və olacaqdır da.

İran xarici siyasət aparatının başçısı Beyrutda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəhalə ilə də   görüşüb və onunla işğal olunmuş ərazilərlə bağlı məsələlər barədə söhbət edib,

 

Teqlər