Yan 17, 2023 14:12 Asia/Baku
  • İranın xarici işlər naziri yüksək səviyyəli danışıqlar üçün Türkiyəyə gedib

İranın xarici işlər naziri siyasi heyətin sədrliyi ilə türkiyəli həmkarı ilə görüş və söhbət etmək üçün çərşənbə axşamı səhər Türkiyənin paytaxtı Ankaraya yola düşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan səfəri zamanı Türkiyə rəsmiləri ilə görüşərək, mühüm ikitərəfli məsələlər, müxtəlif sahələrdə Tehran-Ankara əməkdaşlığı, həmçinin mühüm regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Əmir Abdullahiyanın bugünkü səfəri, onun əsas regional danışıqlar üçün Livan və Suriyaya səfərindən bir neçə gün sonraya təsadüf edir.

İranın xarici işlər naziri türkiyəli həmkarının dəvəti ilə ötən ilin iyul ayında Türkiyədə səfərdə olub.

Teqlər