Fev 10, 2023 18:20 Asia/Baku
  • Qrossinin İrana səfəri iş gündəmində durur

İran xarici işlər naziri BMT baş katibi ilə telefon söhbətində deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun Tehrana səfəri İranın və agentliyin iş gündəmində durur.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan və Antonio Quterreş Suriya və Türkiyədə baş vermiş son ağır zəlzələ hadisəsi, eləcə də İrana qarşı sanksiyaların götürülməsi müzakirələrinin son durumu da daxil olmaqla bəzi regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İran xarici işlər naziri BMT baş katibinin regional dialoqlar təşəbbüsünə nəzər salıb. Bildirib ki, İran İslam Respublikası bu kimi iclasların davam etməsi və regional əməkdaşlılqların artmasını alqışlayır.

Suriya və Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrin sakinlərinə beynəlxalq yardımların artırılması zərurətinə təkid edən Əmir-Abdullahiyan qeyd edib ki, Suriyanın zəlzələdən zərər çəkmiş İdlib bölgəsində də acınacaqlı vəziyyət hökm sürür, zira Suriya hökumətinin bu bölgəyə əlçatanlığı yoxdur.

İran xarici işlər naziri vurğulayıb ki, BMT baş katibinin humanitar məsələlər üzrə koordinator müavininin bu məsələyə xüsusi ciddi-cəhd göstərəcəyi gözlənilir.

İranın humanitar yardımlarına toxunan iranlı rəsmi Tehranın Suriyanın İdlib bölgəsinə yardım qrupları göndərməyə hazır olduğunu bildirib.

İran xarici işlər naziri telefon danışığında İrana qarşı sanksiyaların götürülməsi müzakirələri məsələsinə də yer ayırıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məsələyə texniki yanaşmasının vacibliyinə toxunan iranlı diplomat belə qeyd edib: Iran Atom Enerjisi Təşkilatı və  Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həmkarlıqların çərçivəsini tərif ediblər. Agentliyin baş direktorunun Tehrana səfər proqramı da tərəflərin iş gündəmində durur.

BMT baş katibi Antonio Quterreş də öz növbəsində İran İslam Respublikasının Milli Günü münasibətilə İran prezidenti və xalqını təbrik edib.

Türkiyə və Suriya zəlzələsinə gəlincə isə, BMT baş katibi vurğulayıb ki, onun humanitar məsələlər üzrə koordinator müavini Suriya və Türkiyəyə yola düşmək ərəfəsindədir və Birləşmiş Millətlər Təşkilatı Suriya da daxil olmaqla zəlzələdən zərər çəkənlərə yardım istiqamətində özünün bütün imkanlarından istifadə edəcək.

Biz Suriya xalqına yardımı tamamilə humanitar bir məsələ hesab edirik.- deyə, Quterreş bildirib.

İrana qarşı sanksiyaların götürülməsi sahəsində anlaşma məsələsinə toxunan BMT baş katibi vurğulayıb ki, bütün tərəflərin nüvə anlaşmasına geri dönüşündən savayı heç bir digər seçim mövcud deyildir.

Mən anlaşmanın yekun addımına çatanadək diplomatiya və müzakirə yoluna olan dəstəyimi davam etdirəcəyəm- deyə, Quterreş vurğulayıb.

 

Teqlər