Mart 11, 2023 16:03 Asia/Baku
  • Birləşmiş Millətlər Təşkilatının baş katibi İran və Səudiyyə Ərəbistanı arasında baş tutmuş anlaşmanı alqışlayıb

Antonio Quterreş cümə günü İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında razılaşmasında mühüm rol oynayan ölkələri təqdir edərək deyib: “ İran və Səudiyyə Ərəbistanı arasında mehriban qonşuluq münasibətləri Fars körfəzi regionunda sabitlik üçün həyati əhəmiyyət kəsb edir.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü İran və Səudiyyə Ərəbistanı arasında Pekində keçirilən danışıqlarda iki ölkə 7 ildən sonra diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

İki ölkənin razılığına əsasən, İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ən geci iki ay ərzində bir-biri ilə görüşməli, səfirlərin təyini və səfirliklərin yenidən açılması üçün şəraitin yaradılmalı, habelə münasibətlərin bərpası üçün digər qarşıya çıxan qarşılıqlı tələbləri təmin edəcəklər.

Qeyd edək ki, 2016-cı il yanvarın 3-də Səudiyyə Ərəbistanı bu ölkənin Tehran və Məşhəddəki səfirliyi və konsulluğuna hücum edilməsi bəhanəsi ilə İranla diplomatik əlaqələrini kəsmişdir.

 

 

Teqlər