Tezliklə Ərəbistan xarici işlər naziri ilə görüşəcəyik
İran xarici işlər naziri yaxın gələcəkdə Ərəbistan xarici işlər naziri ilə görüşəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İki tərəfin texniki heyətlərinin/ səfirliklər və konsulluqları nəzərdən keçirmələri və səfirliklərin yenidən açılması üzrə real hazırlıqların edilməsi barədə razılaşmışıq- deyə, İran xarici işlər naziri vurğulayıb.
Hüseyn Əmir-Abdullahiyan bu gün İran dövlətinin/ başa çatmaqda olan 1401-ci günəş ilindəki ən böyük xarici siyasət nailiyyəti barədə media mənsubları üçün təşkil edilən mətbuat konfransında söyləyib: İqtisadi diplomatiya sahəsində ticarət mübadilələrinin diqqətəlayiq şəkildə artmasının şahidiyik. Belə ki, təkcə iki qonşu ölkədən birində ticarət mübadilələri həcmi on dörd milyard, digərində isə iyirmi iki milyard dollardan yuxarıdır.
İran xarici işlər naziri vurğulayıb: Qonşularla siyasi münasibətlərlə əlaqədar, 1401-ci günəş ilinin ortalarında iki qonşu ölkə olan əmirliklər və Küveytin İran İslam Respublikası ilə əlaqələri səfirlik səviyyəsinə yüksəlib. Ötən günlərdə də İran və Ərəbistanın təbii əlaqələrə qayıdışlarının şahidi olduq.
Əmir-Abdullahiyan nüvə anlaşmasının perspektivi barədə isə belə söyləyib: Diplomatiya aparatının əsas vəzifəsi, sanksiyaların ləğvi üzrə səy istiqamətindədir. Bir təşəbbüs layihəsi masa üzərindədir. Qarşıdakı həftələrdə onun barəsində yekun xəbərləri İran xalqının nəzərinə çatdıra biləcəyimizə ümid edirəm.