Apr 07, 2023 20:46 Asia/Baku
  • Əmir-Abdullahiyan İƏT-in növbədənkənar iclasının keçirilməsini istəyib

İran xarici işlər naziri İslam Əməkdaşlığı Təşkilatının baş katibi ilə telefon danışığında sionist rejimin Məscidüləqsa-ya son təcavüzünə baxılmaq üçün təşkilatın xarici işlər nazirləri səviyyəsində növbədənkənar iclasının keçirilməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan dünən axşam Hüseyn İbrahim Taha ilə telefon söhbətində onunla sionist rejimin Məscidüləqsa-ya son təcavüzü və bu məscidə hörmətsizliyi ətrafında fikir mübadiləsi aparıb.

 Telefon danışığında sözügedən iclasın keçirilməsinin zərurətini vurğulayan İran rəsmisi İran İslam Respublikasının iclasın keçirilməsində istənilən həmkarlığa hazır olduğunu bildirib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi də sionistlərin Məscidüləqsa-ya qarşı son təcavüzünü pisləyib. O, sionist rejimin son hörmətsiz hərəkətlərinə baxılmaq üçün bazar günü təşkilata üzv ölkələrin nümayəndələrinin icra komitəsi səviyyəsində yığıncağının keçiriləcəyini bildirib.

 

Teqlər