Apr 24, 2023 10:54 Asia/Baku
  • Əmir Abdullahian İraq XİN başçısı ilə telefonla danışıb

İran xarici işlər naziri bazar günü axşam iraqlı həmkarı ilə telefon danışığında Fitr bayramını təbrik edərək, ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri müzakirə edib.

SəhərAzəri-nin məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İraqın xarici işlər naziri Fuad Hüseyn ikitərəfli əlaqələr, Avropa İttifaqı, regional hadisələr və regionda təhlükəsizlik və sabitliyin qorunması və terrorla mübarizənin əhəmiyyəti də daxil olmaqla bir neçə mövzu ətrafında fikir mübadiləsi aparıblar.

İraqın xarici işlər naziri də bu telefon danışığında Tehran və Ər-Riyad arasında əlaqələrin bərpasını alqışlayaraq, İraq prezidenti Əbdül Lətif Rəşidin İrana gözlənilən səfərini açıqlayıb.

Bu söhbətin sonunda hər iki tərəf strateji əlaqələrin genişləndirilməsini və müxtəlif məsələlər üzrə koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Teqlər