Apr 30, 2023 19:51 Asia/Baku
  •  İİR İslam Şurası qəbul edilmiş səsvermədə Sənaye, Mədən və Ticarət nazirinə etimadsızlıq rəyi verildi

İran İslam Şurasının nümayəndələri Sənaye, Mədən və Ticarət nazirinə etimadsızlıq rəyi veriblər.

SəhərAzəri-nin məlumatına görə, İran İslam Şurasının nümayəndələri bu gün (bazar günü) Sənaye, Mədən və Ticarət nazirinin impiçmenti ilə razılaşıblar və bununla da Seyid Rza Fatimi Əmini öz nazirlik postundan uzaqlaşdırılıb.

Məlumata görə, İİR-nın İslam Şurasının bugünkü açıq iclasının davamında müxaliflər və tərəfdarların bəyanatlarından sonra Sənaye, Mədən və Ticarət  nazirinin impiçmenti parlamentin səsverməsinə çıxarılıb.

İslam Şurası üzvlərinin ümumi səsləri 277 olub və onlardan 162-si mənfi, 102-si müsbət, 2-si bitərəf, 6-sı isə etibarsız sayılıb.

qeyd edək ki, parlamentin daxili qaydalarına görə, impiçment üçün səsvermə gizli və kağız üzərində aparılırdı.

 

Teqlər