İrlandiyanın xarici işlər naziri:
Sepah barədə qeyri-düzgün fikrə qarşıyıq!
İran xarici işlər naziri öz irlandiyalı həmkarı ilə telefon söhbətində İran İslam Respublikası ilə İrlandiya Respublikası arasındakı müxtəlif əməkdaşlıq sahələrinə işarə və iki ölkənin maraqları istiqamətində mövcud olan fürsətlərdən faydalanma zərurətinə təkid edib.
Avropa Parlamentinin qeyri-düzgün hərəkətinə toxunan Hüseyn Əmir-Abdullahiyan İsveç parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-la bağlı addımını kəskin tərzdə pisləyib. Bildirib ki, ölkənin sərhəd və milli təhlükəsizliyini qorumaq məsuliyyəti daşıyan İslam İnqilabı Keşikçiləri Korpusu bir hökumət orqanıdır və regionda terrorizmlə mübarizədə çox böyük rol oynayır.
Bu addım İran xalqı tərəfindən rədd olunan terrorçu ünsürlərin təhriki ilə atılıb- deyə, Əmir-Abdullahiyan vurğulayıb.
Telefon söhbətində tərəfləri maraqlandıran regional və qlobal mövzular, eləcə də nüvə anlaşması ilə əlaqədar olaylar nəzərdən keçirilib.
İran İslam Respublikasının bir İrlaniya vətəndaşını sərbəst buraxmaq üzrə humanist qərarına görə minnətdarlıq ifadə edən İrlandiyanın xarici işlər naziri Maykl Martin ölkəsinin Tehranla əməkdaşlıq üzrə əzmkarlığına təkid edib.
İrlandiya heç vaxt bir hökumət orqanı olan İran İslam İnqilabı Keşikçiləri Korpusu barədə qeyri-düzgün fikrin bildirilməsinə maraqlı deyildir. Biz İranın terrorizmlə mübarizədəki rolundan xəbərdarıq- deyə, İrlandiyanın xarici işlər naziri bildirib.
Cənab Martin İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlıq gedişatından və İrana qarşı sanksiyaların ləğvi istiqamətinə yönəlmiş səylərdən razılıq edib. Bildirib ki, ölkəsi bu prosesi alqışlayır.